Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.
Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir.
Bir nəfərin dağıntılar altında olduğu güman edilir. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını i