FHN Sumqayıtda təlim keçirdi Video

26.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində “Baş vermiş fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Sumqayıt şəhər Polis idarəsinin, Sumqayıt Şəhər Təcili Yardım Stansiyasının və 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşları iştirak edib.

Təlimin keçirilməsində məqsəd 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin kollektivinə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə mərkəzin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı şərti yanğın baş vermiş mərkəzdə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью