Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən "Karvan" Ticarət Mərkəzində 25 noyabr 2026-cı il, saat 21:00 radələrində taktiki təlim keçirəcək.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.