FHN Tovuzdakı partlayışla bağlı MƏLUMAT YAYDI

07.12.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsilə bağlı məlumat daxil olub.

Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью