FHN Tovuzdakı partlayışla bağlı məlumat yayıb

07.12.2024

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Mətbuat Xidmətindən Sitat.info-ya bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью