FHN üç xilasetmə əməliyyatı keçirdi

23.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.

Nazirlikdən verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью