FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı | Icma.az
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər idarəsinin müdiri 50-dən çox ailəni evsiz qoyub.
Bir neçə il bundan öncə vətəndaşlardan pul alaraq onların həyətyanı ərazilərdə fərdi yaşayış evləri tikməsinə şərait yaradan Samir adlı FHN məmuru, bu “yaxşılığı” ilə onlarla ailəni evsiz qoyub.
Belə ki, bugünlərdə yetkili qurumlar tərəfindən aparılan araşdırma nəticəsində Sabunçuda FHN yetkilisinin icazəsi ilə tikilən evlərin qanunsuz olduğu üzə çıxıb.
Bunun ardınca 50-dən çox ev aidiyyati qurum tərəfindən sökülərək yerlə bir edilib.
Vətəndaşların iddiasına görə, onlar ev tikintisi üçün şifahi icazəni həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə yetkilisi, sabiq MTN əməkdaşı Ruslan Əliyevə verib.
Təbii, bu icazə də müftə olmayıb və vətəndaşlar tikəcəkləri evlərin mərtəbə və sahəsinə görə Ruslan Əliyevə müxtəlif məbləğlərdə pul ödəyiblər.
Lakin evlərin söküntüsü zamanı məlum olub ki, Samir adlı FHN məmuru kimi Ruslan Əliyevin də pul qarşılığında verdiyi icazələr əsassız imiş.
Tam oxu
Xəbəri oxu