FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

05.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyunun 5-də yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 kilometr dərinlikdə 3,7 maqnitudalı və 16:04-də 4 kilometr dərinlikdə 3,1 maqnitudalı zəlzələlər qeydə alınıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью