FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb AZƏRTAC

21.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью