FHNdən zəlzələ ilə bağlı AÇIQLAMA: Dağıntı və xəsarət...

23.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью