FHNin əməkdaşı atıcılıq yarışında gümüş medal qazandı

06.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.

Publika.az xəbər verir ki, yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb.

Belə ki, qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью