FHNin komandası ölkə kubokunun qalibi oldu FOTOLAR

04.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

4 noyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun final qarşılaşması baş tutub.

Gununsesi.info xəbər verir ki, ölkə kubokunda B qrupunda yer alaraq finala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası final görüşündə “Azerrail” komandasını 3:0 hesabı ilə məğlub edərək ölkə kubokunun sahibi olub.

Final oyununu fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib.

Qeyd edək ki, “Xilasedici” voleybol komandası kubok oyunlarında bundan əvvəl “Murov AZ Terminal”, “MOİK” və “Neftçi” komandalarını məğlub edib.

Gununsesi.info






Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью