FHNin qurumları arasında sərbəst güləş çempionatı | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Noyabrın 25-26-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçıl
SİA FHN-ə istinadən xəbər verir ki, İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 9 ko
Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2024-cü il ərzində FHN-in müxtəlif idman növləri üzrə komandalarının qazanılmış nailiyyətlərindən bəhs edib.
O, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.
Gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb: 57 kq çəkidə I yer – Rəşid Sadıqov (XRXX) II yer – Heydər Dadaşov (MMQ) III yer – Samir Məmmədov (MMQ) III yer – Elnur Həsənov (DYMX) 61 kq çəkidə I yer – Sədrəddin Həsənov (MMQ) II yer – Rəşid Rüstəmli (XRXX) III yer – Rüstəm Məmmədov (MMQ) III yer – Bahad İsmayılov (MMQ) 65 kq çəkidə I yer – Cəlal Süleymanov (XRXX) II yer – Mirelturan Seyidov (DYMX) III yer – Əli Həsənov (FHNA) III yer – Mənsur Zeynallı (MMQ) 70 kq çəkidə I yer – Mahir Mahmudov (MMQ) II yer – Samir Piriyev (MMQ) III yer – Tural Nəbiyev (DYMX) III yer – Murad Balacayev (FHNA) 74 kq çəkidə I yer – Elxan Nəbiyev (DYMX) II yer – Həsən Seyidov (DYMX) III yer – Muxtar Mövsümlü (MMQ) III yer - Murad Hüseynli (XRXX) 86 kq çəkidə I yer – Asif Nuruyev (DYMX) II yer – Fariz Məmmədov (XRXX) III yer – Ceyhun Cəlilli (DYMX) III yer – Abbas Yaqubov (MMQ) 97 kq çəkidə I yer – Elman Qasımov (DYMX) II yer – Ağalar Məmmədov (MMQ) III yer – Kənan Bayramlı (MMQ) III yer – Özcan Kərimov (FHNA) 125 kq çəkidə I yer- Camal Abdulov (SRM) II yer – Ramil Əsədov (MMQ) III yer – Ədalət Məmmədov (MMQ) III yer – Yaşar Zamanov (DYMX) Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Mülki müdafiə qoşunlarının komandası, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 3-ci yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası sahib olub.
Tam oxu
Xəbəri oxu