FHNnin keçmiş idarə rəisi İlhamə Turabovaya yeni vəzifə VERİLDİ KONKRET

29.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Aparatında yeni təyinat baş tutub.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, parlament Aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.

Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью