FIA “Formula 1” yarışlarının məsafəsini qısaldacaq

21.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1"-in 2027-ci il mövsümündən qüvvəyə minəcək idman reqlamentinə dəyişikliklər edib.

İdman.Biz xəbər verir ki, gələn mövsümdən standart yarış məsafəsi 305 kilometrdən 290 kilometrə endiriləcək. Bu isə trasın uzunluğundan asılı olaraq Qran-prilərin təxminən 2-3 dövrə qısalması deməkdir.

Dəyişiklik güc qurğularının texniki reqlamentindəki yeniliklərlə əlaqədardır. 2027-ci ildən yarış zamanı enerji çatışmazlığı riskini azaltmaq üçün avtomobillər üçün icazə verilən yanacaq sərfiyyatı artırılacaq.

Yanacaq axınının artırılması standart yarış məsafəsinin də yenidən nəzərdən keçirilməsini zəruri edib. Çünki əvvəlki dövrə sayını qət etmək üçün bolidlərə daha çox yanacaq tələb olunacaqdı.

Bununla belə, yarışın maksimum davametmə müddəti dəyişməyəcək və əvvəlki kimi 2 saat təşkil edəcək.

Qeyd edək ki, yeni dəyişikliklər 2026-cı il mövsümünün ilk mərhələlərindən sonra FIA, "Formula-1" komandaları və güc qurğusu istehsalçıları ilə razılaşdırılaraq 2027-ci il reqlamentinə daxil edilib. Yeniliklər yeni texniki reqlamentin tətbiqindən sonra ortaya çıxan enerji idarəetməsi ilə bağlı problemlərin həllinə yönəlib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью