FIA prezidenti: “Argentina “Formula 1” mərhələsinə layiqdir”

02.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Süleym Argentina Qran-prisinin “Formula-1” təqviminə qayıtmaq perspektivlərini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, daha əvvəl Argentina prezidenti Xavyer Miley ölkəsinin yenidən dünya çempionatının mərhələlərindən birinə ev sahibliyi etmək niyyətində olduğunu açıqlayıb.

Ben Süleym tras üçün ciddi investisiyaların həyata keçirildiyini qeyd edib və vurğulayıb ki, Argentina tərəfi FIA və “Formula One Management”ə yarışın keçirilməsinə hazır olduğunu nümayiş etdirir.

“Argentina “Formula-1” mərhələsi təşkil edə bilərmi? Bəli. Buna layiqdirmi? Mən deyərdim ki, bəli. Lakin hazırda təqvimdə artıq 24 yarış var. 25-ci yarışı keçirə bilərik, amma bu, həm rəsmilər, həm də pilotlar üçün olduqca çətindir. Buna görə də hər şey təqvim məsələsinə gəlib çıxır”, - deyə FIA rəhbəri bildirib.

Onun sözlərinə görə, layihə beşillik biznes-planı nəzərdə tutur və ölkə hökuməti “Formula-1”in geri qayıtmasına ciddi yanaşır.

“Argentina mənim dəstəyimə arxalana bilər. Əgər söz verirəmsə, mütləq onu yerinə yetirirəm. Düzgün mesajın çatdırılmasını təmin edəcəyəm”, - deyə ben Süleym əlavə edib.

FIA prezidenti həmçinin bildirib ki, trasla tanış olub və onun modernləşdirilməsinə əhəmiyyətli vəsait yatırılıb. Avtodromun konfiqurasiyası tanınmış memar German Tilke tərəfindən hazırlanıb.

Gələn il həmin avtodrom dünya MotoGP çempionatının mərhələlərindən birinə ev sahibliyi etməlidir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью