FIAdan 12ci komanda açıqlaması İdman və Biz

04.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Formula-1" üzrə dünya çempionatına 12-ci komandanın qoşulma ehtimalı meydana çıxıb.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Suleyman açıqlama verib.

O, qaydalar icazə verəcəyi təqdirdə bu ehtimalı inkar etməyib: "Əsas məsələ düzgün qərar verməkdir. Əgər qaydalar buna imkan verirsə niyə yox deyək? Mən 11-ci komandanın çempionatımıza qoşulmasının hamının qələnəsi olduğunu deyə bilərəm".

Qeyd edək ki, 2026-ci ildən "Formula-1"ə "Kadillak" qoşulacaq 11-ci komanda olacaq. Dünən daha bir markanın yarışda iştirak etmə ehtimalı ilə bağlı xəbərlər yayılıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью