“Fiat” sürücüsü skuter sürən uşağı vurdu; ailəsi hücuma keçdi FOTO VİDEO

29.01.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Skuterli uşağı vuran sürücü ailənin hücumuna məruz qalıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Belə ki, Bəylikdüzü rayonunda hərəkətdə olan “Fiat” markalı avtomobilin sürücüsü, ailəsi ilə birgə gəzməyə çıxan skuterli uşağı vurub. Qəzadan sonra kişi maşından düşərək yaralı uşağı xəstəxanaya aparmaq istəyərkən digər uşaqlara qışqıraraq "Niyə diqqət etmirsiz?" - deyib. Elə bu anda təxminən 10 nəfərlik bir qrup sürücü ilə mübahisə etməyə başlayıb. Qızışan mübahisə daha sonra davaya çevrilib. Bir iki zərbədən sonra ətrafdakıların araya girməsindən sonra sürücü qəzəbli insanların əlindən alınıb.

Yerli medianın məlumatına görə, hücuma məruz qalan sürücü xəstəxanaya aparılıb. Uşağın vəziyyətinin yaxşı olduğu bildirilir, sürücü isə ailəyə qarşı şikayət edəcəyini bildirib.

Namiq Musayev

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью