FIBA Avropa Kuboku: İki Azərbaycan təmsilçisi eyni qrupda qarşılaşacaq

19.11.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, I qrupunda yer alan “Neftçi” bu gün “Abşeron Lions”la qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Neftçi” 8 xalla ikinci pillədə qərarlaşıb. Sonuncu - dördüncü olan “Abşeron Lions”un isə 6 xalı var.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью