FIBA Avropa Kuboku: Neftçi Bakıda, Abşeron Lions tallində revanş aldı

06.11.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan komanmdaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçiriblər.

Fanat.Az xəbər verir ki, yarışın 4-cü turu çərçivəsində I qrupunda yer alan "Neftçi" evdə Polşanın "Trefl" komandası, "Abşeron Lions" isə səfərdə Estoniya "Kalev"i ilə gələcək. 

"Neftçi" Bakı İdman Sarayında baş tutan görüşdə rəqibindən revanş almağı bacarıb - 92:87. "Ağ-qaralar" Polşa klubuna ilk dueldə uduzmuşdu (63:92).

Estoniyada "Kalev"in qonağı olan "Abşeron Lions" isə 101:71 hesablı qələbəyə sevinib. Beləliklə, Azərbaycan təmsilçisi ilk qalibiyyətini əldə edib.

"Abşeron Lions" da qrupda keçirdiyi ilk görüşdə "Kalev" komandasına məğlub (85:93) olmuşdu. 

FİBA Avropa Kuboku
I qrupu
5 notyabr

"Neftçi" (Azərbaycan) - "Trefl" (Polşa) 92:87 (26:26, 21:23, 30:22, 15:16)
Bakı. İdman Sarayı.

"Kalev" (Estoniya - "Abşeron Lions" (Azərbaycan) 101:71 (15:33, 23:19, 16:21, 17:28)
Tallin. Kalev İdman Arenası.

1. Trefl 4 3 1 +62 7
2. Neftçi 4 3 1 +5 7
3. Abşeron Lions 4 1 3 -5 5
4. Kalev 4 1 3 -59 5

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью