FİBA Çempionlar Liqasında tamam və ya davam görüşü paytaxtımızda keçiriləcək | Icma.az
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
22 yanvar FİBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda baş tutacaq.
Bakıvaxtı.az-ın Azərbaycan Basketbol Federasiyasından əldə etdiyi məlumata görə, 7 yanvar tarixində Bakıda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçib.14 yanvarda keçirilmiş cavab oyununda isə "Hapoel Holon" 65-62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabləşdirməyi bacarıb.Qeyd edək ki, klublar arasındakı həlledici qarşılaşma Bakı İdman Sarayında oynanılacaq.Əli Hüseynov Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu