FIBA nın baş katibi ABF in iş prosesi ilə tanış olub

25.04.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis Azərbaycana səfəri çərçivəsində Azərbaycan Basketbol Federasiyasında (ABF) olub. Sport24.az xəbər verir ki, FIBA rəsmisi federasiyanın əməkdaşları ilə görüşərək onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.

Görüş zamanı Zaqklis Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və federasiya əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində onların səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.

Federasiya əməkdaşları ilə səmimi söhbət edən FIBA baş katibi onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью