FIBA nın baş katibi Azərbaycanda basketbolun inkişafını yüksək qiymətləndirib

25.04.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zaqklis ölkəmizə səfəri çərçivəsində Azərbaycan Basketbol Federasiyasında (ABF) olub.

ABF-dən AZƏRTAC-a verilən məlumata görə, funksioner federasiyanın gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.

Görüş zamanı FIBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib, federasiyanın basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью