Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son zamanlar gənc qadınlar arasında süd vəzi xəstəliklərindən biri olan fibroadenomalar geniş yayılıb.
Bəzən həmin xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyini düşünürlər.
Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinik
“Fibroadenoma əsasən 18-40 yaş arasında rast gəlinən süd vəzi törəməsidir.
O, sərt bir kütlədir, kistadan fərqli olaraq hətta ölçüsü 1 santimetr olduqda belə əl ilə rahatlıqla aşkarlana bilər.
Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə və sayı arta bilər.
Mütləqdir ki, bir müddətdən sonra fibroadenomanın tərkibinin analizi aparılsın. Çünki bu kütlənin həcmi dəyişilə bilər.