Fici nümayəndə heyətinin üzvü: Biz COP29a böyük ümidlərlə gəlmişik AZƏRTAC

21.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Biz COP29-a böyük ümidlərlə gəlmişik. Xüsusilə maliyyə sahəsində irəliləyişlərin olmasını gözləyirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Fici nümayəndə heyətinin üzvü İnia Batikoto Seruiratu söyləyib.

"Qlobal istiləşmənin təsirlərinin azaldılması üçün ölkəmizin köməyə ehtiyacı var. Dünya ölkələri iqlim maliyyəsinin ayrılmasına öz töhfəsini verməlidir. Gələcək nəsillərə firavan dünyanın olmasını təmin etmək üçün birgə səy göstərməliyik", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью