Ficili nümayəndə: İnsanların daha çox zərər görməməsi üçün iqlim probleminin həlli mütləqdir AZƏRTAC

20.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Mən Azərbaycana Ficidən gəlmişəm, Asavada dəniz bölgəsi üzrə nümayəndəyəm. Ölkəmdəki iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsini COP29-da aparılmasında maraqlıyam.

Bunu AZƏRTAC-a açıqlamasında Ficidən olan nümayəndə xanım Lavanya Nayval bildirib.

Onun sözlərinə görə, ölkəsində ekoloji problemlər çoxdur: "Biz iqlim dəyişikliyi səbəbindən dənizin səviyyəsinin yüksəlməsi ilə üz-üzəyik. Uzunmüddətli quraqlıqlar yaşanır".

Lavanya Nayval əlavə edib ki, bununla yanaşı, yaşadığı bölgədə şiddətli sel də olub. Bu da orada yaşayan insanlara ciddi problemlər yaradıb. Bu baxımdan iqlim probleminin həlli mütləq lazımdır ki, insanlar daha çox zərər görməsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью