Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ Senatının NATO Müşahidə Qrupunun həmsədri və Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Janna Şahin, senatorlar Kristofer Kuns, Dik Durbin və Mayk Raunds, eləcə də ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Terneri qəbul edib.
Məlumatı “Anadolu” verib.
Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan Ankarada ABŞ nümayəndə heyəti ilə görüş keçirib.
Nazir Fidan həmçinin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və “Chatham House” tərəfindən Ankarada təşkil edilən “Ankara zirvəsindən sonra Avropanın təhlükəsizliyi: Avropada NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi” adlı tədbirdə iştirak və çıxış edib.
P.ƏMİRCANOV
XQ