Fidan Arakçı ilə görüşdü Video

08.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Ciddədə İranın xarici işlər naziri Abbas Arakçı türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, görüş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı çərçivəsində baş tutub.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası İranın istəyi və ABŞ-ın fələstinliləri Qəzzadan köçürmək təklifinə qarşı çıxmaq gündəliyi ilə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью