Fidan atəşkəs üçün danışıqlar aparır

22.03.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, ABŞ, Avropa İttifaqı və Misir nümayəndələri ilə telefon danışığı zamanı Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün atılacaq addımları müzakirə edib.

Gununsesi.info  Haber Global-a istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələrə istinadən məlumat yayıb.

Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi, Misirin xarici işlər naziri Bədr Əbdülati, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və ABŞ rəsmiləri ilə telefon danışıqları aparıb.

Müzakirələrin əsas mövzusu Yaxın Şərqdə müharibəyə son qoymaq üçün atılacaq addımlar olub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью