Fidan: Avropanın təhlükəsizliyi ABŞ ın dəstəyi olmadığından sarsılıb

27.02.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropanın təhlükəsizliyinin əsasları ABŞ-ın dəstəyinin olmaması ilə sarsılıb. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. 

Məlumatı “İzvestiya.ru” verib. 

“Avropa ABŞ-la bigə addımlayaraq, Ukraynada hərbi planını həyata keçirməyə başladı. İndi Amerikanın yoxluğu şəraitində Avropanın həm siyasi, həm də hərbi cəhətdən səfərbər etdiyi bütün üsul və imkanlar birdən-birə gərəksiz oldu. Avropa üzərində Amerikanın heç bir təhlükəsizlik çətirinin olmadığı bir dünyada avropalılar böyük bir təhlükəsizlik böhranı ilə üz-üzədir”, - deyə nazir bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ABŞ hazırda Ukrayna münaqişəsinin tezliklə həllinə sadiqdir və buna görə də Avropaya müvafiq siqnallar göndərir: “Ola bilsin ki, yayda Avropa Birliyi və ya Avropa ölkələri özləri üçün NATO-dan kənar fərqli təhlükəsizlik strukturu yaratmaq istəsin”, - 

Fidan deyib.

P.ƏMİRCANOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью