Fidan Blinkenlə ErmənistanAzərbaycan sülh prosesini müzakirə etdi

13.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib:

"Xarici işlər nazirimiz Hakan Fidan bu gün axşam saatlarında (12 noyabr) ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Görüş zamanı Qəzzada son vəziyyət, Livanda baş verənlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesində mövcud vəziyyət müzakirə edilib", - diplomat "X" səhifəsində yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью