Fidan böhran vəziyyəti ilə bağlı xəbərdarlıq etdi: Müharibə davam edərsə...

17.03.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə xarici işlər naziri Hakan Fidan Livandakı vəziyyətlə bağlı narahatedici açıqlama verib.

Globalinfo.az xəbər verir ki, barədə “Haberler” məlumat yayıb.

Nazir bildirib ki, ölkədə məcburi köçkünlərin sayı artıq bir milyona yaxınlaşır və bu tendensiya davam edərsə, region üçün ciddi və daimi qaçqın böhranı yarana bilər. Onun sözlərinə görə, vəziyyətin daha da gərginləşməsi insanların ölkədən kənarda sığınacaq axtarmasına səbəb olacaq.

“Əgər müharibə şiddətlənməyə davam edərsə, insanlar xaricdə sığınacaq axtarmağa başlayacaqlar. Buna son qoyulmalıdır. Əks təqdirdə bu bizim üçün böhran xəbərdarlığıdır”, – deyə Fidan vurğulayıb.

Türkiyə rəsmisi beynəlxalq ictimaiyyəti vəziyyətə biganə qalmamağa çağıraraq, münaqişənin dayandırılması və humanitar böhranın dərinləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью