Fidan bu dəfə səudiyyəli həmkarı ilə Suriyanı müzakirə etdi

01.12.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı diplomatik təmasları davam etdirir və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Söhbət zamanı Suriyadakı son hadisələr müzakirə olunub”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə Fidan amerikalı və iraqlı həmkarları ilə gündəmi müzakirə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью