Fidan: Cənubi Kipr Rum Administrasiyasının silahlanması adada gərginliyə səbəb ola bilər

13.12.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Cənubi Kipr Rum Administrasiyasının silahlandırılması adada yeni silahlanma yarışına səbəb ola bilər” deyib.

Bizimyol.info xəbər verir ki, Fidan ötən gün Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində nazirliyin və müvafiq qurumların 2025-ci il büdcəsini təqdim edib.

Cənubi Kipr Rum Administrasiyasının silahlanma səyləri ilə bağlı Fidan: “Cənubi Kipr Rum Administrasiyasının silahlandırılması da adada yeni silahlanma yarışına səbəb ola bilər. Milli davamızda, Kipr məsələsində Kipr türk xalqının suveren bərabərliyindən və bərabər beynəlxalq statusundan imtina etməyimiz söz mövzusu deyil. Biz bu məsələni bütün platformalarda, xüsusən də Birləşmiş Millətlər Təşkilatında vurğulayırıq”, - deyib.

Fidan Yunanıstanla müsbət bir gündəm istiqamətində işləməyə davam etdiklərini qeyd edib: "Qərbi Trakya türk azlığının və 12 adada yaşayan soydaşlarımızın hüquqlarını qorumaq üçün təşəbbüslərimizi davam etdiririk. Digər tərəfdən, Ege və Şərqi Aralıq dənizində həm meydanda, həm də masa arxasında hüquq və mənafelərimizi qətiyyətlə qoruyuruq" - deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью