Fidan: Cənubi Qafqazda sabitlik əsas məqsədimizdir

30.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Asiya və Asiya-Sakit Okean regionunda silahlanmanın artıb.

"Cebheinfo.az" Anadolu-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. 

“Qlobal sistem eyni anda 2 şərti müharibə ilə üzləşir və bunların hamısının qlobal nəticələri var. Qərbi Asiya, Cənubi Qafqaz və Aralıq dənizinin şərqində, eləcə də Qara dənizdə sabitlik əsas məqsədimizdir”, - deyə o, İstanbulda keçirilən "TRT World Forum 2024" tədbirində qeyd edib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, “beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT öz missiyasını yerinə yetirə bilməyib”.

“Heç bir nizam ədalətə əsaslanmadıqca davamlı ola bilməz”, - Fidan əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью