Fidan dəvət etdi, Lavrov Türkiyəyə gedir KONKRET

09.04.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Anadolu Forumunda iştirak etmək üçün aprelin 12-də Türkiyəyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Aprelin 12-də Sergey Lavrov Türkiyə xarici işlər nazirinin dəvəti ilə IV Anadolu Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Tədbirdə Rusiya xarici işlər nazirinin çıxışı və xarici həmkarları ilə ikitərəfli görüşlər nəzərdə tutulub. Beynəlxalq gündəliyin əsas aspektləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Qara dəniz regionunda vəziyyət, eləcə də ayrı-ayrı dövlətlərlə münasibətlərin aktual məsələlərinin müzakirəsi gözlənilir”, – Zaxarova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью