Fidan: Ərdoğan ABŞ a səfər edə bilər

29.05.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfər edə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Ağ Evin rəhbəri Donald Trampın da Türkiyəyə səfəri mümkündür.

Bizimyol.info xəbər verir ki, bu barədə Fidan "Milliyet" qəzetinə bildirib.

“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində işlər davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın da Türkiyəyə səfəri mümkündür. Səfərlərdən əvvəl onlar 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – deyə nazir qəzetə açıqlamasında bildirib.

Ərdoğan 5 may tarixində Trampla telefon danışığından sonra bəyan etmişdi ki, Tramp onu ABŞ-a səfərə dəvət edib. Səfərin dəqiq tarixi hələlik məlum deyil. Bununla belə, Türkiyə mediası bu səfərin iyun ayında baş tuta biləcəyini istisna etmir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью