Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısına gedir | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fevralın 20-21-də Cənubi Afrikanın Yohannesburq şəhərində G20 ölkələrinin xarici işlər nazirlərinin birinci toplantısı keçiriləcək.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da həmin toplantıda iştirak edəcək.
O, həmçinin 27-ci MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirləri toplantısına qatılacaq.
Bildirilir ki, Fidan iştirak edəcəyi sessiyalarda Qəzza, Suriya, Livan və Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla beynəlxalq və regional mövzularda Türkiyənin mövqeyini bölüşəcək və beynəlxalq sistemin üzləşdiyi çətinliklər qarşısında G20 platformasının əhəmiyyətinə diqqət çəkəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu