Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
"Nazir Fidan bu gün İstanbulda HƏMAS-ın siyasi bürosunun üzvləri ilə görüşüb. Qəzzada atəşkəs və regionun humanitar ehtiyacları müzakirə edilib", - deyə mənbə qeyd edib.
9 oktyabrda İsrail və HƏMAS, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim edilən sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər.
Trampın planına əsasən, Qəzzada atəşkəs 10 oktyabrda qüvvəyə minib. 13 oktyabrda HƏMAS sağ qalan 20 israilli girovu azad edib və ölən dörd əsirinin qalıqlarını təhvil verib.
İsrail hakimiyyəti radikalların 28 cəsəddən yalnız dördünü qaytarmasından narazılığını bildirib. Növbəti günlərdə HƏMAS daha bir neçə nəfərin cəsədini yəhudi dövlətinə təhvil verib.
Qadir, Bizimyol.info