Fidan: İlin sonunadək Rusiya Ukrayna müharibəsinin həlli ilə bağlı...

19.10.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə 2025-ci ilin sonuna qədər Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı irəliləyişin olacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Ülke TV"yə müsahibəsində deyib.

O xatırladıb ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda mühüm danışıqların üç raundu keçirilib: "Türkiyə Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına lazımi töhfə verməyə hazırdır və ilin sonuna qədər bu istiqamətdə müsbət addımların atılması barədə ümidliyəm", - Fidan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью