Fidan: İranla fikir ayrılıqları azalıb

27.01.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Suriyadakı son hadisələr İran və Türkiyə arasındakı fikir ayrılıqlarını azaldacaq".

Yenisabah.az "Ash-Sharq"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Suriyadakı hadisələrə və bunun Tehran və Ankara münasibətlərinə təsirinə toxunub:

"İstənilən münasibətdə fikir ayrılığı halları azaldıqda müsbət hal artır. Mən bunu iki ölkə arasındakı münasibətlərdə onu irəli apara biləcək bir fürsət kimi görürəm. Suriyadakı son hadisələr İran-Türkiyə münasibətlərinə müsbət təsir göstərməlidir.

İran və Türkiyənin iki əks qütbdə yerləşməsi və onların Suriya məsələsində əks-mövqeləri artıq aradan qaldırılıb. Aramızda ixtilaf yaradan məsələlər daha yoxdur".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью