Fidan İsrailə xəbərdarlıq etdi

19.09.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailə regional siyasəti ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Fidan İsrailin sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan xarici siyasət yürütməsinin vacibliyini bildirib.

“Ümid edirik ki, İsrail həm öz maraqlarına, həm də bütün regionun maraqlarına xidmət edən, sülhə, hörmətə və əməkdaşlığa əsaslanan xarici siyasət qəbul edəcək”, – Türkiyənin XİN rəhbəri deyib.

Fidanın sözlərinə görə, əks halda İsrail regionda getdikcə daha çox təcrid olunacaq.

“Əks təqdirdə İsrail nəinki getdikcə daha çox təcrid olunacaq, həm də bunun bədəlini bütün regionla birlikdə ödəyəcək”, – nazir vurğulayıb.

Qeyd edək ki, Fidan son açıqlamalarında da İsrailin regional siyasətini tənqid edib. Sentyabrın 16-da o, İsrailin Suriyanın sabitliyi üçün “ən böyük potensial təhlükə” olduğunu bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью