Fidan Kiyev səfərinin nəticələrini AÇIQLADI

17.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarının yenidən başlaması ilə bağlı irəli sürüləcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə səfərindən sonra "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazir qeyd edib ki, görüşlər zamanı Ankara Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini bir daha təsdiqləyib.

Hakan Fidan vurğulayıb ki, Türkiyə tərəfləri yenidən danışıqlar masasına qaytaracaq və davamlı sülhün əldə olunmasına töhfə verəcək bütün addımları dəstəkləməyə hazırdır.

Ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən görüşü "məhsuldar" adlandıran Fidan iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hərbi-dəniz komponentinə rəhbərlik edəcəyi barədə məlumat yayılmışdı.

Fidanın sözlərinə görə, münaqişənin Qara dəniz ərazisinə yayılmasının qarşısının alınması üçün Kiyevə hərbi-dəniz təhlükəsizliyi zəmanətlərinin verilməsi strateji əhəmiyyət daşıyır.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью