Fidan Liviyaya minnətdarlığını bildirib

21.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyanın Baş naziri Əbdülhəmid Dbeyba və Liviya Milli Ordusunun baş komandan müavini Səddam Haftarla telefon danışığı aparıb.

Xəbəri “Anadolu” berib. 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, söhbətlər zamanı Fidan Liviya Nümayəndələr Palatasının Türkiyə və Liviya arasında dəniz yurisdiksiyalarının delimitasiyası ilə bağlı anlaşma memorandumu ilə bağlı qərarına görə minnətdarlığını bildirib.

İki ölkə tərəfindən 2019-cu ildə imzalanmış sənəd Aralıq dənizində dəniz yurisdiksiyası sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Liviya parlamentinin qərarı Ankara ilə Tripoli arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi kontekstində nəzərdən keçirilir.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью