Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Fidan bu barədə “Anadolu” agentliyinə müsahibəsində danışıb.
“Bizim imzaladığımız ümumi təhdidlə bağlı yazılı bir bəyanat deyil. Biz bir-birimizin təhlükəsizliyini diqqətlə izləmək öhdəliyi götürürük”, – deyə Türkiyənin XİN rəhbəri bildirib.
Fidan qeyd edib ki, Türkiyəyə hücum etməyən heç bir ölkə Ankara üçün hədəf deyil. “Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə ekspansionist ölkələr deyil”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, saziş, xüsusilə, İrana qarşı yönəlməyib.
Məkkə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün tərəflərə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Bizimyol.info