Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Avropada qurduğu təhlükəsizlik sisteminin Türkiyənin Yaxın Şərqdə üzləşdiyi təhdidlərdən qorunmasına kifayət etmədiyini bildirib.
Sherg.az xəbər verir ki, nazir bu barədə Türkiyə parlamentinin Büdcə Komissiyasında keçirilən müzakirələr zamanı danışıb.
Fidanın sözlərinə görə, Türkiyə NATO-nun mühüm üzvü olsa da, Alyansın Avropada formalaşdırdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdən gələn təhdidlər qarşısında ölkənin təhlükəsizliyini təmin etməyib.
“Biz uzun illər Suriya və İraqdan qaynaqlanan təhdidlərlə üzləşmişik. Bu cür təhlükələr yenidən ortaya çıxa bilər”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, Türkiyənin geosiyasi mövqeyi ölkənin təhlükəsizlik məsələlərinə yalnız Avropa çərçivəsində deyil, Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla yanaşmağı tələb edir.
Fidan təhlükəsizlik ittifaqlarının iki əsas vəzifəsini də açıqlayıb. Bunlardan birincisi üzv ölkələr arasında qarşılıqlı hücum etməmək zəmanətlərinin möhkəmləndirilməsi, ikincisi isə hücum baş verdiyi təqdirdə birgə cavab verilməsidir.
Qeyd edək ki, Türkiyə 1952-ci ildə NATO-ya üzv olub.