Fidan Sibiqa ilə görüşdü: Zelenskinin Türkiyə səfəri...

14.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalyada Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.

H.Fidan qeyd edib ki, Türkiyə sülhə nail olmaq üçün, vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.

Görüş zamanı Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələləri də müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью