Fidan Suriya ilə bağlı ərəb ölkələrinə çağırış etdi

12.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ərəb ölkələri Suriyanın yenidən qurulmasına kömək etmək üçün birgə mexanizm yaratmalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanında Suriya ilə bağlı keçirilən görüşdə deyib.

“Bu kritik dövrdə beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında zərif tarazlığı təmin edərək, balanslaşdırıcı qüvvə kimi çıxış etməliyik. Səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Suriyada sanksiyaların götürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. Həmçinin Suriyanın ərazi bütövlüyünü və birliyini qoruyub saxlamaq bizim əsas prioritetimiz olaraq qalmalıdır”, - Fidan bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью