Fidan: Türkiyə Ukrayna üzrə danışıqlara kömək etməyə hazırdır

06.07.2026

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Ukrayna üzrə danışıqlar prosesinə kömək göstərməyə hazırdır, lakin yaxın gələcəkdə dialoqun bərpa olunacağını gözləmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ankara münaqişənin başa çatması üçün danışıqlara yardım etmək niyyətindədir, lakin bunların yaxın gələcəkdə davam edəcəyini hesab etmir. "Bizim üçün hər iki tərəfdən sülh istiqamətində real, səmimi niyyət və səyləri görmək vacibdir", — deyə Fidan qeyd edib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью