Fidan: Türkiyə Ukraynada məqbul həll üçün səylərini davam etdirəcək

28.11.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara Ukraynada münaqişənin hər iki tərəfi üçün məqbul olan sülh yolu ilə nizamlanması üçün səylərini davam etdirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində həmkarı Yohann Vadephul ilə danışıqlardan sonra bildirib. Görüş Türkiyənin Xarici İşlər Nazirliyinin Ofisindən canlı yayımlanıb.

"Ukraynada nizamlanma ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Həm humanitar, həm də strateji baxımdan hər iki tərəf üçün məqbul olan sülhə nail olmaq vacibdir. Biz bu istiqamətdə konstruktiv işimizi davam etdirəcəyik", - Fidan bildirib.
Onun sözlərinə görə, o, almaniyalı həmkarını Türkiyənin son vaxtlar Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylər barədə məlumatlandırıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью